Bank Of Baku

Bakının bir sıra ticarət obyektlərində “Bluetooth” üzərindən təmassız ödəniş xidməti təklif olunacaq

Bakının bir sıra ticarət obyektlərində “Bluetooth” üzərindən təmassız ödəniş xidməti təklif olunacaq
# 16 avqust 2019 10:55 (UTC +04:00)

Yeni BLE (“Bluetooth Low Energy”) ödəniş texnologiyası cari ilin noyabr ayında istifadəyə veriləcək. Bunu “APA-Economics”ə “Akhundoff Group”un təsisçisi və idarə heyətinin sədri Telman Axundov deyib.
Onun sözlərinə görə, istifadəçilər bu texnologiya vasitəsilə Bakının bir sıra ticarət obyektlərində alış-veriş edərkən təmassız ödəniş edə biləcəklər.
Qeyd edək ki, “Bluetooth” üzərindən müxtəlif xidmətlərin ödənişlərini “Portmanat” mobil əlavə vasitəsilə aparmaq mümkün olacaq. Hazırda BLE “Portmanat”ın mobil əlavəsinə inteqrasiya olunur. 
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR