Bank Of Baku

Bayram günləri sərnişin qatarlarının işi optimallaşdırılacaq

Bayram günləri sərnişin qatarlarının işi optimallaşdırılacaq
# 12 dekabr 2022 13:54 (UTC +04:00)

Sərnişinlərin artan tələbatını nəzərə alaraq, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Yeni il bayramı günləri ilə bağlı sərnişin qatarlarının optimallaşdırılmasını həyata keçirəcək.

APA-Economics” xəbər verir ki, bu barədə jurnalistlərə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmov deyib.

Onun sözlərinə görə, Zəfər Günü ilə bağlı Bakı-Sumqayıt marşrutu üzrə istifadə olunan ehtiyyat qatarlardan Gəncə istiqaməti üzrə istifadə olunub.

“Bu cür optimallaşdırma Yeni il üçün də istifadə olunacaq”, - Rövşən Rüstəmov qeyd edib.

Xatırladaq ki, “Azərbaycan Dəmir Yolları”nın bütün strukturları 8 Noyabr - Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışıb. Bununla bağlı Bakı-Gəncə-Bakı istiqamətində artan sərnişin tələbatı nəzərə alaraq, xətt üzrə iki əlavə reys təyin edilib.

Bakı-Sumqayıt-Bakı elektrik qatarları isə bayram günlərində istirahət günlərindəki qrafikə uyğun hərəkət edib.

Rahim Tarıverdiyev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR