Bank Of Baku

"Gulf Air" Avroliqanın finalı ilə bağlı təyyarəsini təkmilləşdirib

"Gulf Air" Avroliqanın finalı ilə bağlı təyyarəsini təkmilləşdirib
# 24 may 2019 13:17 (UTC +04:00)

Bəhreyn Krallığının milli aviadaşıyıcısı olan “Gulf Air” şirkəti UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar futbol azarkeşlərinin səyahətini asanlaşdırmaq məqsədi ilə 2019-cu il mayın 29-da Bakının Heydər Əliyev Beynəlxalq Aeroportuna uçuş yerinə yetirəcək təyyarəsini təkmilləşdirib.

ONA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, aviaşirkət Bakı istiqamətində öz flaqman “Boeing 787-9 Dreamliner” təyyarəsini istifadə edəcək, bu da  UEFA Avropa Liqasının finalında iki ingilis nəhəngi “Arsenal” və “Çelsi” komandalarının oyununda daha çox futbol pərəstişkarlarının iştirakını təmin edəcək.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda Londonun “Arsenal” və “Çelsi” komandaları arasında UEFA Avropa Liqasının final oyunu keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR