Azərbaycanda biznes mühiti və beynəlxalq reytinqlər komissiyasının elektron kargüzarlıq sistemi istifadəyə veriləcək

Azərbaycanda biznes mühiti və beynəlxalq reytinqlər komissiyasının elektron kargüzarlıq sistemi istifadəyə veriləcək
# 29 may 2019 16:18 (UTC +04:00)

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın elektron kargüzarlıq sistemi (İdarəetmə və Koordinasiya Paneli) iyunun 1-dən tam istifadəyə veriləcək.

Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən ONA-ya verilən məlumata görə, sözügedən sistem azranking.az portalının əsas platformalarından biridir.

Komissiyanın elektron kargüzarlıq sistemi internet üzərindən real vaxt rejimində işləməklə Komissiyanın fəaliyyətində sənədlər üzrə kağız dövriyyəsinin minimuma endirilməsi, işçi qrupları arasında koordinasiyanın və əlaqələndirmənin səmərəliliyinin daha üst səviyyəyə yüksəldilməsinə xidmət etməklə, biznes mühiti üzrə aparılan islahatların operativ və səmərəli kommunikasiyasına geniş imkanlar yaradır.

Portal əsasən məlumatlandırma paneli (Komissiyanın fəaliyyəti, Beynəlxalq reytinqlər, onlayn müraciət, Axtarış sistemi və s.), Dövlət-Biznes Dialoqu Platformas, İnnovativ müqayisə sistemi (“Benchmarkinq” sistemi) və İdarəetmə və Koordinasiya Platforması (komissiyanın elektron kargüzarlıq sistemi) daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR