Bank Of Baku

Azərbaycanda monitorinq və qiymətləndirmə üzrə proqram təminatı yaradılıb

Azərbaycanda monitorinq və qiymətləndirmə üzrə proqram təminatı yaradılıb
# 12 iyun 2019 14:54 (UTC +04:00)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) BP şirkətinin dəstəyi ilə monitorinq və qiymətləndirmə üzrə proqram təminatı yaradıb.

Mərkəzdən “APA-Econimics”ə verilən məlumata görə, artıq monitorinq və qiymətləndirmə rəqəmsallaşdırılıb ki, bu da az resurs istifadə edərək, daha çox fəaliyyətlər həyata keçirməyə imkan yaradır.

Mərkəz təkcə dövlətin deyil, həm də beynəlxalq təşkilatların Azərbaycanda həyata keçirdiyi 30-a qədər layihənin monitorinq və qiymətləndirilməsini həyata keçirir. Monitorinq zamanı toplanan informasiya “big data” təşkil edir ki, bu da idarəetmədə innovasiyaların tətbiqi imkanlarını genişləndirir.

Azərbaycanda qəbul edilən ortamüddətli xərclər çərçivəsi və büdcə qaydaları ilə birlikdə monitorinq və qiymətləndirmə proqram əsaslı idarəetməni təmin edir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi monitorinq və qiymətləndirmə çərçivəsində donor koordinasiyasını da həyata keçirir. Hazırda Mərkəzin monitorinq və qiymətləndirmə mexanizmi Dünya Bankının “Transformasiya dəyişikliklərinin qiymətləndirilməsi mükafatı”na namizədlərdən biridir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR