Cari ilin yanvar-sentyabr aylarında “Azərkosmos” tərəfindən dünyanın 38 ölkəsinə 19,3 mln. dollar dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.
“APA-Economics” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaydığı məlumata istinadən xəbər verir ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 82%-ni təşkil edib. 2022-ci ilin sentyabr ayında isə “Azərkosmos” dünyanın 35 ölkəsinə 2,1 mln. dollar dəyərində xidmət ixrac edib.
Qeyd olunan dövrdə peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 5 mln. dollar ilə Birləşmiş Krallıq, 3,9 mln. dollar ilə Fransa, 3,3 mln. dollar ilə Lüksemburq, 1,8 mln. dollar ilə BƏƏ və 1,1 mln. dollar ilə Pakistan qərarlaşıb.