Azərbaycanın rabitə operatoru olan "Catel" şirkəti ölkədə 5G şəbəkəsini qurmaq niyyətindədir.
"APA-Economics"in əldə etdiyi məlumata görə, hazırda bu məsələ nəzərdən keçirilir və bu məqsədlə şirkətə məxsus olan 3GHz tezlik diapazonundan istifadə olunacaq.
Qeyd edək ki, 1996-cı ildən fəaliyyətinə başlayan şirkət abonentlərinə simsiz CDMA və stasionar telefon rabitəsi (447-448 prefiksi ilə) və internet xidmətləri göstərib. “Catel”in fəaliyyəti 2011-ci ilin aprel ayında dayandırılıb. Şirkət dövlətə məxsus "AzInTelecom" operatorunun nəzdində fəaliyyətini davam etdirəcək.