Bank Of Baku

Ceyhun Bayramov: Azərbaycan öz ərazisindən keçən nəqliyyat imkanlarını daha da artırmağa hazırdır

Ceyhun Bayramov: Azərbaycan öz ərazisindən keçən nəqliyyat imkanlarını daha da artırmağa hazırdır
# 17 iyul 2026 16:17 (UTC +04:00)

Azərbaycan ilk gündən Şimal–Cənub marşrutunun razılaşdırılması və inkişaf etdirilməsi prosesində ən fəal iştirak edən tərəflərdən biri olub.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, regional ölkələr arasında nəqliyyat və logistika bağlantılarının gücləndirilməsi böyük əhəmiyyət kəsb edir: “İki böyük qonşumuzun Azərbaycan ərazisi vasitəsilə birləşdiyi Şimal–Cənub layihəsi ölkəmiz üçün mühüm və prioritet istiqamətlərdən biridir.

Bu kontekstdə bir neçə il əvvəl Rusiya Federasiyası ilə ikitərəfli əsasda Azərbaycan hissəsinə dair konkret məsələlər razılaşdırılıb. Mən deyə bilərəm ki, həmin razılaşmalar vaxtında və plan üzrə icra olunur. Hazırkı mərhələdə Şimal–Cənub marşrutunun Azərbaycan istiqaməti ilə dəmir yolu vasitəsilə daşınan yüklərin həcminin 2028-ci ildə 5 milyon tona çatdırılması nəzərdə tutulur. Bu istiqamətdə hər hansı problem mövcud deyil”.

Onun sözlərinə görə, bu, mərhələli şəkildə həyata keçirilən layihədir: “Rusiya Federasiyasının öz ərazisində, eləcə də İran İslam Respublikasında həyata keçirilən işlər tamamlandıqdan sonra ehtiyac yarandığı təqdirdə, Azərbaycan öz ərazisindən keçən nəqliyyat imkanlarını daha da artırmağa hazırdır. Marşrut çərçivəsində İranın Astara şəhərində yerləşən və Azərbaycan investisiyaları hesabına tikilən dəmir yolu terminalı da mühüm əhəmiyyət daşıyır. Hazırda həmin terminalın tikintisi faktiki olaraq başa çatıb. Rəsmi olaraq obyektin hazırlıq səviyyəsi 98 faiz qiymətləndirilir. Lakin reallıqda tikinti işləri demək olar tam yekunlaşıb və yalnız İran tərəfi ilə yekun təhvil-təslim prosedurlarının həyata keçirilməsi qalır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR