Bank Of Baku

“Koroğlu” NMM-i Sea Breeze-lə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayır

“Koroğlu” NMM-i Sea Breeze-lə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayır
# 17 iyul 2026 12:36 (UTC +04:00)

Yay günlərində paytaxtdan ətraf qəsəbələrə, o cümlədən çimərlik ərazilərinə sərnişin axınının artmasını nəzərə alınaraq sabahdan etibarən “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini Sea Breeze istirahət mərkəzi ilə əlaqələndirən 150E nömrəli ekspres marşrutunun fəaliyyəti bərpa olunur.

Bu barədə "APA-Economics"ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, həftənin şənbə və bazar günləri metronun “Koroğlu” stansiyasının cənub çıxışından (“Piramida” tərəf) başlanğıcını götürən avtobusların marşrut boyu bir neçə aralıq məntəqədə dayanması təmin ediləcək.

Marşrut üzrə aralıq dayanacaqlar aşağıdakılardır:

- Heydər Əliyev prospekti (Yerüstü piyada keçidi, Bakıxanov qəsəbəsi);

- Bakı Ekspo Mərkəzi (Yeni Suraxanı qəsəbəsi);

- Mərdəkan prospekti (Binə qəsəbəsi);

- Mərdəkan prospekti (Qala yolu ilə kəsişmə);

- 5 nömrəli Bakı Peşə Məktəbi (Buzovna qəsəbəsi);

- Bilgəh Kardioloji Sanatoriyası;

- Bilgəh–Pirşağı yolu (çimərlik ərazisi);

- Sea Breeze 1;

- Sea Breeze 2.

Böyüktutumlu avtobuslar sərnişinlərə saat 07:00-dan 22:00-dək 30 dəqiqə hərəkət intervalı ilə xidmət göstərəcək.

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,90 AZN müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR