Bank Of Baku

Daha bir şirkət SİMA-nın tərəfdaşı olub

Daha bir şirkət SİMA-nın tərəfdaşı olub
# 26 dekabr 2022 11:47 (UTC +04:00)

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin hazırladığı SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imzanın tərəfdaş qurumların sistemlərinə inteqrasiya prosesi davam edir.

APA-Economics” nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, Azərbaycan investisiya vasitəçiliyi bazarında fəaliyyət göstərən “InvestAz” şirkəti SİMA-nın növbəti tərəfdaşı olub. Bundan sonra “InvestAz” müştəriləri yeni nəsil rəqəmsal imzanın imkanlarından yararlanaraq həm mobil tətbiq, həm də veb-sayt üzərindən real hesab aça biləcəklər.

SİMA vasitəsilə digər sahələr üzrə də elektron xidmətlərdən yararlanmaq mümkündür. Bunlara rəqəmsal dövlət, BOKT, sığorta, mobil operatorlar, elektronika, məişət, TV və internet provayderləri, bir sözlə imza tətbiq olunan bütün sahələr daxildir.

Yeni nəsil rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması kimi bir sıra üstünlükləri var. Bundan əlavə, SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı da qazandırır.

İmzanı əldə etmək üçün SİMA tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR