Dövlət Gömrük Komitəsi (DGK) Amerikanın IBM korporasiyası ilə “blockchain” texnologiyasının tətbiqinə dair müqavilə imzalayacaq. “APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında DGK-nin sədri Səfər Mehdiyev deyib.
Onun sözlərinə görə, müqavilə Bakıda keçirilən Ümumdünya Gömrük Təşkilatının (ÜGT) İnformasiya Texnologiyaları Konfransı və Sərgisinin (“WCO IT/TI Conference & Exhibition”) ikinci günündə, yəni iyunun 13-də imzalanacaq.
"İlk olaraq biz bu texnologiyanı gömrük sistemində məlumatların toplanması bazasına inteqrasiya etməyi planlaşdırırıq. Gələcəkdə isə bu, nəqliyyat daşımalarında da öz tətbiq olunacaq", - deyə S. Mehdiyev bildirib.