Bank Of Baku

Dövlət rabitə operatoru Abşeron və Sumqayıtda simsiz LTE şəbəkəsini qurur

Dövlət rabitə operatoru Abşeron və Sumqayıtda simsiz LTE şəbəkəsini qurur
# 19 iyun 2019 16:25 (UTC +04:00)

“Aztelekom” dövlət rabitə operatoru Abşeron və Sumqayıt Telekommunikasiya qovşaqlarının xidmət ərazisində LTE (“Long-Term Evolution”) şəbəkəsini qurur.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, LTE texnologiyasının tətbiqi telefonlaşmayan, eyni zamanda qismən telefonlaşan ərazilərdə stasionar telefon rabitəsinə və internetə olan tələbatı nəzərə alaraq icra olunur.

LTE baza stansiyalarının artıq müvafiq ərazilərdə tikintisinə başlanıb və yaxın günlərdə əhalinin istifadəsinə verilməsi planlaşdırılır. İlkin olaraq ümumi şəbəkənin modernləşdirilməsi aparılır, IPTV, GPON, LTE texnologiyaları tətbiq edilir.

Tikinti quraşdırma işləri başa çatdırıldıqdan sonra təqribən 3 minə yaxın abunəçi internet və telefon xidməti ilə təmin ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR