Bank Of Baku

Dubay-Tbilisi təyyarəsi Bakıya məcburi eniş edib - YENİLƏNİB

Dubay-Tbilisi təyyarəsi Bakıya məcburi eniş edib - YENİLƏNİB
# 27 dekabr 2022 13:06 (UTC +04:00)

Qatı duman səbəbilə Şota Rustaveli adına Tbilisi Beynəlxalq Hava Limanı bir neçə aviareysi qəbul edə bilməyib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, məlumatı Gürcüstanın İctimai kanalı "TAV Georgia" şirkətinə istinadən yayıb. Bildirilib ki, “Flydubai”nin Tbilisiyə olan iki aviareysindən biri Tbilisi hava limanında güclü duman səbəbilə Bakıya uçmalı olub.

Daşkənd-Tbilisi reysi isə Tbilisi əvəzinə Soçi hava limanına enəcək.

***

12:39

Tbilisi hava limanında güclü duman səbəbindən “FlyDubai” aviaşirkətinin Dubay-Tbilisi marşrutu üzrə hərəkət edən FZ-8637 reysinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş etmək qərarına gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportundan “APA-Economics”ə verilən məlumata görə, “Boeing 737 MAX” təyyarəsi yerli vaxtı ilə saat 12:03-də Bakı hava limanında eniş edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR