Kibertəhlükəsizlik və fərdi məlumatlarla bağlı hüquqları pozulan vətəndaşların müraciətlərinin, habelə yayılması qadağan edilən informasiya barədə şikayətlərin daha operativ qəbuluna imkan yaradılıb.
Elektron Təhlükəsizlik Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, vətəndaşlar qeyd olunan müraciətləri Xidmətə məxsus cert.az veb-saytı üzərindən operativ şəkildə təqdim edə bilərlər.
Bununla yanaşı resurs, sahə üzrə maarifləndirmə işlərinin aparılması istiqamətində daha effektiv fəaliyyət göstərilməsi üçün təkmilləşdirilmiş platforma təqdim edəcək.