Gəncədə məcburi köçkünlərin məskunlaşdığı qəsəbə telefonlaşdırılıb

Gəncədə məcburi köçkünlərin məskunlaşdığı qəsəbə telefonlaşdırılıb
# 15 iyul 2019 12:49 (UTC +04:00)

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” MMC tərəfindən Gəncə şəhərində Xocalı və Kəlbəcər rayonundan olan 600 məcburi köçkün ailəsinin məskunlaşdığı qəsəbənin telefonlaşdırılması başa çatdırılıb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, Gəncədə məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə 448 nömrə tutumuna və 256 internet portuna malik ONU (“Optik Network Union” – Optik Şəbəkə Nöqtəsi) tipli avadanlıq quraşdırılıb. 2 130 metr fiber-optik kabel çəkilərək birləşdirici xəttin tikintisi həyata keçirilib, daxili xətt şəbəkəsinin qurulması üçün müxtəlif tutumlu 9 318 metr kabel çəkilib.

“Qəsəbədə 227 ədəd rabitə dirəkləri basdırılıb, 60 ədəd kabel meydançası və 60 ədəd abonent qutusu, eyni zamanda 600 metr uzunluğunda qazıntı işləri aparılaraq 2 kanallı kabel-kanalizasiya qurğusu tikilib istifadəyə verilib”, - deyə nazirlikdən bildirilib.

Bundan başqa, 3 280 metr müxtəlif tipli kabellərdən istifadə olunmaqla tikinti-montaj işləri başa çatdırılıb. Yeni abunəçilərin internetə qoşulması üçün müasir avadanlıq istismara verilib. Bununla da, qəsəbə sakinlərinin rabitə xidmətlərinə olan tələbatı təmin edilib.

“Bundan sonra da telefonlaşmayan ərazilərdə bu kimi layihələrin həyata keçirilməsi istiqamətində planlı işlər davam etdiriləcək”, - deyə nazirlikdən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR