Elektron hökumətin yenidən formalaşdırılması prosesi ehtimalımıza görə tez bitəcək.
“APA-Economics” xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva mətbuat konfransında bildirib.
“Bu prosesin rəsmi tərəfi var. Növbəti 2 ay ərzində bitməsi planlaşdırılır. Bütün komanda olaraq hamının birləşdirilməsi planlaşdırıldığı üçün bizim birgə işləməyimizin qarşısını kiçik rəsmiyyətlər alır”, - deyə İ.Vəliyeva bildirib.