Bank Of Baku

"İrAero" iyulda Rostov-Bakı aviareysini açacaq

"İrAero" iyulda Rostov-Bakı aviareysini açacaq
# 13 iyun 2019 12:55 (UTC +04:00)

Rusiyanın “İrAero” aviaşirkəti iyulun 6-dan etibarən Rostovdan Bakıya birbaşa uçuşlara başlayacaq.

APA-Economics”in aviaşirkətə istinadən verdiyi məlumata görə, uçuşlar hər həftənin şənbə günləri Bakıdan saat 12:50-də, əks istiqamətdə isə saat 15:00-da “Sukhoi Superjet 100” təyyarəsi ilə yerinə yetiriləcək. Sözügedən aviareys üzrə ümumi uçuş vaxtı 2 saat təşkil edir. Bir istiqamətə biletin orta qiyməti 185 ABŞ dolları təşkil edir.

Qeyd edək ki, hazırda “İrAero” Çelyabinsk və Orenburqdan Bakıya birbaşa uçuşlar yerinə yetirir. İyunun 18-dən etibarən isə aviadaşıyıcı Yekaterinburq-Bakı aviareysi üzrə də uçuşlar həyata keçirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR