Paşha Bank
Bank Of Baku

Kobaxidze: Tbilisi-Bakı sərnişin daşınmasının bərpa olunması Gürcüstan üçün böyük önəm daşıyır

Kobaxidze: Tbilisi-Bakı sərnişin daşınmasının bərpa olunması Gürcüstan üçün böyük önəm daşıyır
# 07 oktyabr 2026 12:02 (UTC +04:00)

“Bir neçə ay öncə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tam istismara verilməsi Gürcüstanın beynəlxalq tranzit rolu üçün böyük əhəmiyyət kəsb edən hadisə olub”.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında deyib.

O, altı illik fasilədən sonra Tbilisi ilə Bakı arasında dəmir yolu vasitəsilə sərnişin daşınmasının bərpa olunmasının Gürcüstan üçün böyük önəm daşıdığını əlavə edib.

Hökumət başçısı Gürcüstanın dəmir yollarının modernləşdirilməsi istiqamətində vacib layihələrin həyata keçirildiyini vurğulayıb. Onun sözlərinə görə, artıq 200 vaqon alınıb, yaxın aylarda daha 200 vaqonun tədarükü və lokomotiv parkına 50-yə yaxın yeni lokomotivin daxil edilməsi planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR