Bank Of Baku

Komitə sədri: Azad edilmiş ərazilərin yenidən qurulması ümumxalq məqsədimizdir

Komitə sədri: Azad edilmiş ərazilərin yenidən qurulması ümumxalq məqsədimizdir
# 24 dekabr 2022 12:56 (UTC +04:00)

Azad edilmiş ərazilərin yenidən qurulması qarşıya qoyulmuş ümumxalq məqsədimizdir.

APA xəbər verir ki, bunu “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na həsr olunmuş tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

Komitə sədri bildirib ki, həmin məqsədə həsr olunmuş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda bu istiqamətdə həyata keçiriləcək Milli Prioritetlər öz əksini tapıb: “Proqramın tərtibatı zamanı beynəlxalq təcrübə nəzərə alınıb. Azad edilmiş ərazilərin ümumi planı layihəsinin istinad ili 2020-ci il götürülməklə, hesabat müddətinin son tarixi kimi 2040-cı il qəbul edilib. Ümumi plan bu müddət üçün ərazinin inkişaf strategiyası və siyasətinin əsas istiqamətlərini müəyyən edərək yaşayış məskənlərinin dayanıqlı inkişafını təmin edəcək. Ümumi planda ərazilərin inkişafı sosial iqtisadi inkişafla vəhdətdə nəzərdən keçirilib, məskunlaşmada nizamlanmanın bərpası və əhalinin geri qayıdışının təşviqi üçün vacib olan təlabatlar nəzərə alınıb. Planda məskunlaşma sistemi, yaşayış fondu, sosial infrastruktur, nəqliyyat və mühəndis kommunikasiya infrastrukturunun inkişafı, məşğulluq imkanlarının yaradılması və s. mühüm məsələlərin həlli istiqamətləri müəyyən edilib”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR