M4 indeksli avtomobil yolunun Cəngi qəsəbəsindən keçən hissəsində nəqliyyat vasitələrinin sürətinin azaldılması məqsədilə nişanlanma xətti təşkil edilib.
"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, görülən işlər sözügedən ərazidə yol hərəkətinin daha təhlükəsiz təşkilinə xidmət edir.