Bank Of Baku

MİDA mənzil seçimində təhlükəsizlik tədbirlərini gücləndirib

MİDA-nın Aparat rəhbəri Cəmşid Əmirov

© APA | MİDA-nın Aparat rəhbəri Cəmşid Əmirov

# 04 sentyabr 2026 11:43 (UTC +04:00)

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) güzəştli mənzillərin seçim prosesində təhlükəsizlik tədbirlərini gücləndirib.

APA-Economics” xəbər verir ki, bunu MİDA-nın Aparat rəhbəri Cəmşid Əmirov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, tətbiq edilən təhlükəsizlik tədbirlərinin əsas məqsədi hər bir vətəndaş üçün bərabər seçim şəraitinin yaradılması, prosesin şəffaf, operativ və təhlükəsiz şəkildə həyata keçirilməsinin təmin edilməsidir.

C. Əmirov bildirib ki, bugünkü mənzil seçimində bir neçə yenilik də tətbiq olunub. Yeniliklərdən biri mənzil sifarişi ərizəsinin ayrıca imzalanması tələbinin aradan qaldırılmasıdır.

“Vətəndaş mənzilə baxış mərhələsində ‘Təsdiq et’ düyməsini sıxdıqda dərhal ərizəçi statusunu əldə edir. Bu da əlavə vaxt itkisinin qarşısını alır və seçim prosesinin daha effektiv həyata keçirilməsinə şərait yaradır”, – deyə MİDA rəsmisi qeyd edib.

Qeyd edək ki, bu gün MİDA-nın Lənkəran, Şirvan və Yevlax yaşayış komplekslərində ümumilikdə 535 güzəştli mənzil satışa çıxarılıb. Bunlardan 1-i Lənkəran, 528-i Şirvan, 6-sı isə Yevlax Yaşayış Kompleksinin payına düşür.

Satış prosesi saat 16:00-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR