Bank Of Baku

Mikayıl Cabbarov: Azərbaycanda iqtisadi inkişafı digər sahələrlə, elmlə uzlaşdırmalıyıq

Mikayıl Cabbarov: Azərbaycanda iqtisadi inkişafı digər sahələrlə, elmlə uzlaşdırmalıyıq
# 13 dekabr 2022 09:59 (UTC +04:00)

Azərbaycanda iqtisadi inkişafı digər sahələrlə, elmlə uzlaşdırmalıyıq.

"APA-Economics" xəbər verir ki, bu sözləri bu gün Bakıda keçirilən İllik İnnovasiya Sammitində iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

O bildirib ki, bu cür konfrans ətrafında cəmləşmək zəruridi.

"Bu istiqamətdə bütün qurumlarla çalışmaq lazımdır. Biz artıq innovasiyalar agentliyi ilə bir neçə əsaslı addımlar atmışıq. Üç il öncə sənaye inqilabı üzrə dünya iqtisadi forumunda təltif edilmişik. Qeyd edim ki, bu cür sektorda belə mükafatların alınması nadir haldır. 2022-ci ildə bizim mükafatlandırılmağımız böyük diqqət çəkdi, çünki bu təltif neft sahəsi ilə bağlı idi" - deyə, nazir əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR