Yaxın vaxtlarda həm Mingəçevir Yüksək Texnologiyalar Parkına, həm Pirallahıda fəaliyyət göstərən Texnoparka yeni rezidentlər qəbul olunacaq.
APA-nın xəbərinə görə bunu jurnalistlərə açıqlamasında YTP-nin rəhbəri Tural Kərimli deyib.
Onun sözlərinə görə, artıq rezidentlik statusunu almaqla bağlı bir sıra şirkətlərdən müraciətlər qəbul olunub.
“Hazırda Mingəçevir Texnoparkında H-Tech şirkəti fəaliyyət göstərir. Bu şirkət Cənubi Koreyanın “Acer” şirkəti ilə birlikdə kompüterlərin yığımı ilə məşğuldur. Sevindirici haldır ki, yerli yığımı olan məhsulların satışı nəinki daxili bazarda təşkil olunub, onlar həmçinin xarici bazarlara da ixrac olunur”, - deyə T. Kərimli qeyd edib.