Paşha Bank
Bank Of Baku

Nazir müavini: Azərbaycan daha geniş regionla əlaqələr üçün platforma rolunu oynayır

Xarici işlər nazirinin müavini Elnur Məmmədov

© APA | Xarici işlər nazirinin müavini Elnur Məmmədov

# 25 sentyabr 2026 13:03 (UTC +04:00)

"Dünyanın bir yerində baş verən pozuntular dünyanın tamamilə başqa bölgələrində təchizat zəncirlərinə və qiymətlərə sürətlə təsir göstərə bilir”.

APA xəbər verir ki, bunu II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Orta Dəhliz: Ticarət, sənaye və əlaqə potensialının açılması” panel sessiyasında xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.

O bildirib ki, belə bir vaxtda, rəqəmsal dəhliz biznes üçün Avropa və Asiya ilə əlaqə yaratmaq baxımından əlavə imkanlar təqdim edir: “Onun əhəmiyyəti tranzitlə məhdudlaşmır. Rəqəmsal dəhliz iqtisadiyyatları və ərzaq bazarlarını bir-birinə daha da yaxınlaşdırır, investisiya, sənaye istehsalı, enerji və rəqəmsal bağlantılar üçün daha geniş imkanlar yaradır.

Biznes üçün Azərbaycan yalnız daxili bazarında imkanlar təklif etmir, həm də daha geniş regionla əlaqələr üçün platforma rolunu oynayır. Enerji və rəqəmsal infrastruktur, nəqliyyat, logistika və qabaqcıl texnologiyalar kapital və təcrübənin cəlb oluna biləcəyi əsas sahələrdir. Azərbaycanın ümumi tranzit yükdaşımalarının həcmi 2024-cü ildə təxminən 14,5 milyon ton olub ki, bu da 2019-cu ildə qeydə alınmış göstəricidən təxminən 2,5 dəfə çoxdur. Bu göstərici sürətlə artır.

2017-ci ildə istifadəyə verilmiş Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirilməsindən sonra onun illik 5 milyon ton yük daşımaq imkanına malik olması gözlənilir. Bu isə nəqliyyat daşımalarının həcminin əhəmiyyətli dərəcədə artmasına imkan verəcək".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR