Paşha Bank
Bank Of Baku

Prezident: Azərbaycan iqtisadiyyatı geosiyasi çağırışlar fonunda yüksək dayanıqlıq nümayiş etdirib

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 25 sentyabr 2026 12:12 (UTC +04:00)

“Azərbaycan iqtisadiyyatı qlobal qeyri-müəyyənlik və geosiyasi çağırışlar fonunda yüksək dayanıqlıq nümayiş etdirmişdir”.

APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına ünvanladığı müraciətində deyilir.

Dövlət başçısının sözlərinə görə, iqtisadiyyatın şaxələndirilməsi strateji hədəflərimizin əsasını təşkil edir və qeyri-neft sektoru iqtisadi artımın əsas hərəkətverici qüvvəsinə çevrilib.

“2020-ci ildən etibarən qeyri-neft sektorunda real ÜDM artımı orta hesabla ildə 5 faiz təşkil etmiş, qeyri-neft sənayesi 1,5 dəfə artmış, qeyri-neft ixracı isə təxminən iki dəfə yüksəlmişdir. Nəticədə 2025-ci ildə qeyri-neft sektorunun ÜDM-də payı 72 faizə çatmışdır”, - Prezident İlham Əliyev vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR