Paşha Bank
Bank Of Baku

Azərbaycan-Suriya Biznes Şurası yaradılıb

Suriyanın iqtisadiyyat və sənaye naziri Mohammad Nidal al-Shaar

© APA | Suriyanın iqtisadiyyat və sənaye naziri Mohammad Nidal al-Shaar

# 25 sentyabr 2026 12:04 (UTC +04:00)

Azərbaycan-Suriya Biznes Şurası yaradılıb.

APA xəbər verir ki, bunu Suriyanın iqtisadiyyat və sənaye naziri Mohammad Nidal al-Shaar II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Qlobal artımın, investisiyanın və əlaqələrin gələcəyinin formalaşdırılması” adlı panel sessiyada deyib.

Nazir bildirib ki, Suriya dünya ilə iqtisadi əlaqələrini bərpa edir və ölkəyə xarici investisiyaların cəlb olunmasına çalışır.

Onun sözlərinə görə, Suriya hazırda iqtisadiyyatını yenidən qurur, qanunvericiliyi investorlar üçün əlverişli vəziyyətə gətirmək məqsədilə yeniləyir.

“Biz yalnız kapital axtarmırıq. Biz ağıllı kapital, daha keyfiyyətli kapital və tərəfdaşlıq axtarırıq. Biz yardım axtarmırıq. Bizimlə tərəfdaşlıq edəcək investorlar axtarırıq”, – deyə nazir vurğulayıb.

Mohammad Nidal al-Shaar qeyd edib ki, Suriya son 15 ildə itirdiyi texnologiya transferini də bərpa etməyə çalışır.

Nazir Suriya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafına da toxunub. O bildirib ki, iki ölkə arasında Suriya-Azərbaycan Biznes Şurasının yaradılması bu istiqamətdə atılan addımlardan biridir.

O əlavə edib ki, Suriya xarici investorları ölkəyə dəvət edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR