Bank Of Baku

Nazir müavini: Azərbaycanda İKT sahəsində mütəxəssis qıtlığı var

Fərid Əhmədov, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

© APA | Fərid Əhmədov, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

# 19 dekabr 2022 11:45 (UTC +04:00)

“Azərbaycanda İKT sahəsində mütəxəssis qıtlığı var”.

APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov bildirib.

Nazir müavini xatırladıb ki, Azərbaycanda ÜDM-də İKT sahəsinin payı 1,8%-dir:

“Bu, bəzi qonşun ölkələrlə müqayisədə bir neçə dəfə azdır. Biz, Gürcüstana, Qazaxıstana və hətta Ermənistana nəzərə salsaq, ÜDM-də İKT sahəsinin payı Azərbaycanla müqayisədə 2-3 dəfə artıqdır”.

Nazir müavini qeyd edib ki, süni intellekt və kiber təhlükəsizlik sahələri ilə bağlı da mütəxəssislərlə əlaqədar ciddi çətinliklər var:

“Bu sahələrdə mütəxəssislərinin hazırlanmasına ehtiyac var. Bu təkcə Azərbaycanda deyil, bütün dünyada olan bir problemdir. ABŞ kimi ölkədə də bu sahədə ciddi mütəxəssis çatışmazlığı var. Məqsədimiz bu sahədə mütəxəssislər hazırlamaq, rəqabətqabiliyyəti məhsullar yaratmaqdır”.

Qeyd edək ki, komitədə müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin alınması tələb olunmayan halların sayı artır. Bu hal texnologiyalar parkının rezidentinə (hüquqi şəxsə münasibətdə onun rəhbəri və müavinləri vəzifəsini tutanlar) və həmin rezident tərəfindən Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyətinə cəlb edilən informasiya və kommunikasiya texnologiyaları sahəsində təcrübəsi olan mütəxəssislərə də şamil olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR