Yeni layihələrin icrası Azərbaycan və İsveçrə arasında əlaqələrin inkişafına töhfə verə bilər.
"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan – İsveçrə Biznes Forumunda iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev bildirib.
"Qarabağ bölgəsi, Zəngilan, Qubadlı şəhərlərinin baş planında İsveçrə böyük rol oynayır. Bundan başqa, İsveçrə şirkətləri Qarabağda müxtəlif tikinti layihələrində iştirak edə bilər", - deyə nazir müavini bildirib.