Bakının Nəsimi rayonunun bir hissəsinə içməli su iki gün müəyyən fasilələrlə veriləcək.
“Azərsu” ASC-dən APA-ya verilən məlumata görə, Bakı şəhəri Nəsimi rayonunun Mirəli Qaşqay küçəsində yeni çəkilmiş magistral su kəmərinin şəbəkəyə qoşulması ilə əlaqədar iyunun 7-8-də Nəsimi rayonunun bir hissəsinə içməli su müəyyən fasilələrlə veriləcək.