Bank Of Baku

"Salyan - Avtovağzal" və "Salyan - Sərnişin"in idarəetmə forması dəyişdirilib

"Salyan - Avtovağzal" və "Salyan - Sərnişin"in idarəetmə forması dəyişdirilib
# 23 dekabr 2022 16:55 (UTC +04:00)

"Salyan - Avtovağzal" və "Salyan - Sərnişin" ASC-nin idarəetmə forması dəyişdirilərək “HN Trans” MMC yaradılıb.

Bu barədə “APA-Economics”ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

“"Salyan - Avtovağzal" və "Salyan - Sərnişin" ASC özəl sahibkarlıq subyektləridir. Mülkiyyətçi tərəfindən şirkətlərin idarəetmə forması dəyişdirilərək “HN Trans” MMC yaradılıb. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Salyan şəhəri, Yusif Qasımov küçəsi, 3 ünvanında yerləşən vağzala 2-ci kateqoriyalı avtovağzal statusu verilib. Pasportlaşdırılan vağzaldan əhaliyə gündəlik sərnişindaşıma xidməti göstərilir”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, bir müddət öncə "Salyan - Avtovağzal" ASC və "Salyan - Sərnişin" ASC ləğv edilib, onlara məxsus səhmlər silinərək dövriyyədən çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR