Bank Of Baku

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycanda yığılan kompüterlərlə təchiz olunacaq

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycanda yığılan kompüterlərlə təchiz olunacaq
# 07 iyun 2019 17:24 (UTC +04:00)

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Mingəçevir Texnoparkında yığılan “Acer” stolüstü kompüterləri ilə təchiz olunacaq. Bunu “APA-Economics”ə “H-Tech İnvest” şirkətinin (Mingəçevir YTP-nin rezidenti) icraçı direktoru Səid Quliyev deyib.

Onun sözlərinə görə, qeyd olunan müəssisəyə ilə 6 000 kompüterin alınmasına dair müqavilə imzalanıb və istehsal olunacaq texnika cari ilin sonunadək sifarişə çatdırılacaq. 

“3 000 ədəd kompüterdən ibarət olan ilkin partiya yaxın 2 ay ərzində, qalanı isə ilin sonunadək təhvil veriləcək”, - deyə  S. Quliyev qeyd edib.

O həmçinin əlavə edib ki, hazırda Mingəçevir Texnologiya Parkında yığılan “Acer” kompüterləri ilə “Azərpoçt”, Maliyyə Nazirliyi, Təhsil Nazirliyi və bir sıra digər dövlət müəssisələri təchiz olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR