Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırılıb

Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırılıb
# 23 aprel 2024 17:37 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı-Ağstafa-Bakı marşrutu ilə hərəkət edən qatarlarına Biləcəri, Yevlax, Goran, Gəncə, Dəllər, Qovlar və Ağstafa stansiyalarında dayanacaq verilir.

ADY-dan “APA-Economics”ə verilən məlumata görə, təmir-yenidənqurma işlərinin aparılması ilə bağlı hazırda qatarların Tovuz stansiyasında dayanması mümkün deyil.

Yaxın aylarda təmir işləri bitdikdən sonra bu barədə ictimaiyyətə məlumat veriləcək və stansiya yenidən sərnişinləri qəbul edəcək”, - məlumatda qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR