Bank Of Baku

Türkiyə şirkəti Bakı limanına 30 milyon dollar investisiya yatırır

Türkiyə şirkəti Bakı limanına 30 milyon dollar investisiya yatırır
# 14 noyabr 2022 15:56 (UTC +04:00)

Türkiyənin "Albayrak" şirkəti "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”na ilkin mərhələdə 30 mln. dollar həcmində investisiya yatıracaq.

"APA-Economics"in verdiyi xəbərə görə, bu barədə "Albayrak" şirkətlər qrupunun logistika üzrə direktoru Harun Öncük jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu investisiyalar şirkətin limanda fəaliyyət göstərəcək gübrə terminalında, işləyən Ro-Ro və ağır yüklər terminallarında iştirakı çərçivəsində nəzərdə tutulur.

Harun Öncük onu qeyd edib ki, ancaq ağır yüklər terminalında quraşdırılacaq mobil qaldırıcı kranın alınmasına 4 mln. dollar vəsait xərclənib.

Şirkət nümayəndəsi əlavə edib ki, gübrə terminalını gələn ilin martın axırı üçün istifadəyə verilməsi planlaşdırılır.

Harun Öncük gələcəkdə şirkətin limanda başqa sahələrə investisiya yatırımına davam edəcəyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR