Bank Of Baku

Xarici ölkələrdə beynəlxalq avtomobil daşımaları üçün operatorlara icazə verilməsi qaydası dəyişib

Xarici ölkələrdə beynəlxalq avtomobil daşımaları üçün operatorlara icazə verilməsi qaydası dəyişib
# 30 dekabr 2022 17:36 (UTC +04:00)

Azərbaycan Respublikası ərazisində avtonəqliyyat vasitələrinin sahibləri üçün icazə sisteminin tələbləri nəzərə alınmaqla, beynəlxalq avtomobil daşımalarının yerinə yetirilməsinin ümumi qayda və şərtlərinə dəyişiklik edilir.

APA xəbər verir ki, bu, Nazirlər Kabinetinin “İcazə Sistemi” haqqında Əsasnamə”yə etdiyi dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, Bu Əsasnamənin 7-ci hissəsində nəzərdə tutulmuş Beynəlxalq Nəqliyyat Forumunun “İcazə”ləri “Avropa Nəqliyyat Nazirləri Konfransının Çoxtərəfli Kvota Sistemi çərçivəsində həyata keçirilən daşımalar üçün Keyfiyyət Xartiyası”nın tələblərinə cavab verən operatorlara veriləcək.

Qeyd edək ki, Əsasnamənin 7-ci hissəsinə əsasən, xarici ölkələrin ərazisində beynəlxalq avtomobil daşımalarını yerinə yetirmək üçün xarici ölkələrin icazə blanklarının və Beynəlxalq Nəqliyyat Forumunun atmosfer havasına atılan zərərli maddələr üzrə Avro-4, Avro-5 və daha yüksək ekoloji normalara uyğun olan yük avtonəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir il olan, həmçinin yük avtonəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir ay olan çoxtərəfli “İcazə”lərinin Azərbaycan Respublikasının avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorlarına verilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR