Bank Of Baku

“Azeryolservis” ASC: Hacıqabul-Bəhramtəpə yolunda çökmə yoxdur

“Azeryolservis” ASC: Hacıqabul-Bəhramtəpə yolunda çökmə yoxdur
# 14 iyul 2014 15:37 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. “Hacıqabul-Bəhramtəpə yolunda hər hansı çökmənin baş verməsindən söhbət gedə bilməz. Bu, yol təsərrüfatından anlayışı olmayan insanların beyinlərinin məhsuludur”.

 

Bunu “APA-Economics”ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev bildirib.

 

O deyib ki, Hacıqabul-Bəhramtəpə yolunun 83-90-cı km-lik sahəsində (İmişli rayonu ərazisi) sonuncu aşınma layı vurulmamış yoldan istifadə edənlərin rahatlığını təmin etmək məqsədilə orada nəqliyyatın hərəkəti təmin edilib: “Bəzilərinin iddia etdiyi kimi, orada heç də yol çökməyib. Belə ki, yola iki il əvvəl sonuncu, aşınma qatı istisna olmaqla ikiqat asfalt-beton örtüyü vurulub. Aşınma qatı vurulmadan orada nəqliyyatın hərəkəti təmin edildiyindən, xüsusən də ağırtonnajlı yük avtomobillərinin hərəkəti nəticəsində asfalt örtüyünün ikinci qatı böyük toz təbəqəsi ilə çirklənib. Həmin hissədə baş verə biləcək sürüşmə deformasiyalarının qarşısını almaq məqsədilə, habelə tozlanan ikinci qatla vurulacaq aşınma qatı arasında ilişkənliyi yaratmaq üçün tozlanmış qat frez mexanizmi ilə 0,5-1 sm qalınlığında qaşınaraq çıxarılıb. O, təkrar emala göndərilib. Bundan sonra ikinci asfalt qatı qaşındıqdan sonra bitumlanacaq və son lay vurulacaq. Orda cəmi 7 km-lik hissədə iş qalıb. Asfalt-beton işi bitəcək, yol nişanlarının qoyulması, xətlənmə və digər işlər həyata keçirilərək, yol istismara veriləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR