Bakı. Aynur Əliyeva - APA-Economics. Türkiyənin “AE Arma-Electropanc” podratçı şirkəti “Bakı Ağ Şəhər” layihəsində ilk və ən böyük otel tikmək üçün 42,5 mln. dollarlıq mexaniki, elektrik və santexnika müqaviləsini imzalayıb.
“Bakı Ağ Şəhər”dən “APA-Economics”ə verilən məlumata görə, 818 otaqdan ibarət otelin ümumi sahəsi 90 000 kvadrat metr olacaq.
“Layihə “Paşa Construction” şirkəti tərəfindən inşa edilir. Layihənin gələn ilin iyun ayında Bakıda keçiriləcək ilk Avropa Oyunlarına üçün 2015-ci ilin birinci rübündə başa çatması gözlənilir”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, Bakı Ağ Şəhər “Atkins” tərəfindən layihələndirilib. Ağ Şəhər 221 hektar ərazisi olan 10 qarışıq istifadə rayonlarından ibarətdir.
Sahənin 75%-i yaşayış yerləri təşkil edəcək. Bu da yeni 19,700 ev təsərrüfatlarından ibarət yeni icma, eləcə də 48,000 yeni iş yeri təşkil edəcək.