Bakı. Rəşad Süleymanov - APA. Maliyyə sıxıntıları yaşayan Kanadanın “BlackBerry” şirkəti 4 500 işçisini ixtisar edəcək.
APA-nın xarici mətbuata istinadən verdyii məlumata görə, bu barədə “BlackBerry” telefonlarının istehsalçısı olan RİM holdinqin İdarə Heyətinin sədri Torsten Hayns (Thorsten Heins) bildirib.
Şirkətin 2013-cü ilin ikinci rübündə 950 milyon dollar zərərə uğradığını deyən T. Haynsın açıqlaması Toronto birjasında “BlackBerry” səhmlərinin 17 faiz ucuzlaşmasına səbəb olub.