Bank Of Baku

“Fintur” “Azercell”in səhmlərini 222 mln. avroya satıb

“Fintur” “Azercell”in səhmlərini 222 mln. avroya satıb
# 05 mart 2018 13:59 (UTC +04:00)

“Telia Sonera” və “Turkcell”ə məxsus olan “Fintur Holdings B.V.” (Fintur) şirkəti özünün Azərbaycanın telekommunikasiya operatoru “Azercell”in tam səhmdarı olan “Azertel”dəki 51,3% payını Azərbaycanın tam dövlət mülkiyyətində olan “Azintelekom”a satmağa razılıq verib.

 

Mobil operatordan “APA-Economics”ə verilən məlumata görə, “Fintur” özünün “Azertel Telekommunikasyon Yatirim Diş Ticaret A.Ş” (Azertel) şirkətindəki 51,3%-lik payını Azərbaycanın tam dövlət mülkiyyətində olan Azərbaycan Beynəlxalq Telekom MMC-yə (Azintelecom) satır. “Fintur” şirkəti hazırda “Telia” şirkətinə (58,55%) və “Turkcell”ə (41,45%) məxsusdur.

 

“Sevindirici haldır ki, biz “Turkcell” ilə birlikdə Azərbaycanda fəaliyyət göstərən “Azercell”dəki payımızı satmaq barədə birgə razılığa gəldik. Bu bizim Avrasiya məkanından çıxmaq üzrə səylərimiz çərçivəsində 4-cü satışdır. Bizim Yeni Nəsil Telco strategiyamıza əsasən əsas diqqəti artıq Nordik və Baltik regionuna yönəldirik. Mən “Azercell”in bütün əməkdaşlarına göstərdikləri böyük zəhmətə və töhfəyə görə təşəkkür edir və onlara şirkətin fəaliyyətinin növbəti mərhələsində uğurlar arzu edirəm”, - Telia şirkətinin prezidenti və baş icraçı direktoru Johan Dennelind bildirib.

 

“Azertel” Azərbaycanın telekommunikasiya operatoru “Azercell”in tam səhmdarıdır. “Fintur”un “Azertel”dəki 51,3% payı üzrə razılaşdırılmış məbləğ 222 mln. avrodur. “Azercell”in 100% kapital dəyəri 432 mln. avro, bazar kapitalizasiyası isə nağd və borcdan azad şəkildə 197 mln. avrodur. Məbləğ 2017-ci il göstəricilərinə əsasən EV/EBİTDA x 2,1-ə bərabərdir.

 

Ötən ilin dekabr ayında 2,6 mlrd. İsveç kronası məbləğində tanınan dəyərsizləşmədən əlavə, 3 mlrd. İsveç kronası məbləğində tanınan toplanmış xarici valyuta itkiləri dayandırılmış əməliyyatlardan əldə olunan xalis gəlir kimi yenidən təsnifləşdiriləcək, lakin qrupun kapitalına əhəmiyyətli təsir göstərməyəcək. Əməliyyatın formal şəkildə xalis borc/EBİTDA əmsalını təqribən 0,1 dəfə artıracağı gözlənilir. Yekun rəqəmlər hesabların balans dəyəri və valyuta məzənnələrindəki dəyişiklikdən asılı olaraq müəyyən olunacaq.

 

Əməliyyatı imzalamazdan əvvəl “Telia” şirkəti ciddi uyğunluq yoxlaması və alıcı üzrə yoxlama aparmış və bütün müvafiq yoxlamalar müsbət nəticə ilə başa çatdırılıb. Azərbaycanın tam dövlət mülkiyyətində olan şirkət olaraq “Azintelecom” “Telia” şirkətinin tələblərinə uyğun alıcıdır.   

 

Əməliyyat hər hansı şərtdən (o cümlədən tənzimləmə və ya rəqabət ilə bağlı təsdiqlərdən) azaddır və artıq başa çatdırılıb.

 

Bu barədə şirkətin rəsmi internet saytında açıqlama dərc edilib: https://www.teliacompany.com/en/news/press-releases/2018/3/telia-company-agrees-to-divest-its-interest-in-azercell/

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR