Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında “İpək yolu” nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 43,3 mln. ton yük, 229,5 mln. nəfər və ya 7,7% çox sərnişin daşınıb.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, yüklərin 21,6 mln. tonu və ya 49,9%-i avtomobil nəqliyyatı, 14,9 mln. tonu və ya 34,3%-i dəmir yolu nəqliyyatı, 6,8 mln. tonu və ya 15,8%-i dəniz nəqliyyatı ilə daşınıb.
Yük daşımaları fəaliyyətindən 377,3 mln. manat, sərnişin daşınmasından isə 80,2 mln. manat gəlir əldə olunub və müvafiq olaraq 10,4% və 12,9% artıb.