Bakı - APA-Economics. “Mazda”nın texnologiyalara üstünlük verib, sadə dizayn seçən digər yapon markalarından fərqləndiyi avtomobil həvəskarlarına məlumdur. “Mazda” mühəndisləri üçün texnologiya kimi, dizayn da avtomobil üçün çox vacibdir. Elə bu səbəbdən, “Mazda”nı Avropa avtomobil sənayesinin nəhəngləri ilə müqayisə edirlər. Texnologiya baxımından yapon, dizayn baxımından isə avropalı olan “Mazda” hər modeli ilə xəbər olmağı bacarır. Elə “Mazda3” 2014 modelini də avtomobil mediası gah “Audi”, gah Lexus” ilə müqayisə edib, ilin test drayv edilməli maşınları siyahısına saldılar.
Dünyanın nüfuzlu avtomobil mediaları - edmunds.com, kbb.com, caranddriver.com isə “Mazda3” “Ən yaxşı heçbək”, “Ən yaxşı kompakt sedan”, “Ən yaxşı qiymətə avtomobil” kimi mükafatlandırıb.
155 mm-lik klirensi, 1.5 və 2 litrlik motor həcmi komplektasiyaları ilə təqdim etdiyi güc, yanacaq sərfi, texnoloji yenilikləri - yapon texnologiyasının yenilikləri avtomobili rəqiblərindən bir neçə addım önə çıxarır. “Mazda3” brendin SKYACTIV texnologiyası tətbiq olunan növbəti modelidir. Bu texnologiya mühərrikin gücünü və yanacaq sərfiyyatını yaxşılaşdırmaq imkanı verir.
7 ildən bəri bazarda olan “Mazda3” modeli brendin texnologiyalarla tez-tez yenilənən modellərindən sayılır. Mazda əmindir ki, avtomobil həvəskarları modeldəki ən yon yenilikləri də yüksək qiymətləndirəcəklər.
http://www.motortrend.com/roadtests/sedans/1404_2014_compact_sedans_the_big_test/#ixzz3B1Ylnsja
http://www.caranddriver.com/comparisons/2014-mazda-3-i-touring-page-