Bank Of Baku

“Nar Mobile”ın “Bumeranq” tarifi ilə abunəçilərin sərf etdiyi dəqiqələr geri qaytarılacaq

“Nar Mobile”ın “Bumeranq” tarifi ilə abunəçilərin sərf etdiyi dəqiqələr geri qaytarılacaq
# 10 iyul 2013 12:03 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın mobil rabitə operatoru “Nar Mobile” daha əvvəl elan etdiyi “Bumeranq” tarifinin özəlliklərini yenidən abunəçilərinin nəzərinə çatdırır.

 

“Nar Mobile”dən “APA-Economics”ə verilən məlumata görə, tarif abunəçilərə ölkədaxili bütün istiqamətlərə heç bir abunə haqqı ödəmədən cəmi 7 qəpiyə zəng etmək imkanı yaradır.

 

“Bumeranq” tarifinin əsas xüsusiyyəti isə istifadə olunmuş dəqiqələrin hədiyyə olaraq geri qaytarılmasıdır. Belə ki, gün ərzində danışdığı hər ölkədaxili 7 dəqiqə üçün 7 dəqiqə hədiyyə veriləcək. Hədiyyə kimi təqdim olunan dəqiqələr həmin gün ərzində ölkədaxili zənglər üçün sərf oluna bilər. Tarif həmçinin digər xidmətlər üçün də sərfəli qiymətlər təklif edir.

 

Xidmətlər

Qiymət (qəpiklə)

Ölkədaxili səsli zəngin* dəqiqəsi

7

Ölkədaxili video zəngin dəqiqəsi

7

Şəbəkədaxili SMS

3

Şəbəkəxarici SMS

4

Beynəlxalq SMS

6

Ölkədaxili MMS

5

Mobil TV (1 MB)

10

Data trafik (1 MB)

20

*qısa nömrələrə zənglər istisna olmaqla

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR