Bank Of Baku

“Təmiz Şəhər” gənclər üçün yay məktəbi keçirir

“Təmiz  Şəhər” gənclər üçün yay məktəbi keçirir
# 11 iyul 2013 08:27 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Əhalinin istehlak səviyyəsinin artması, yüksək yaşam standartları və həyat tərzinin dəyişməsi ilə əlaqədar olaraq 2050-ci ildə dünya üzrə tullantıların həcmi illik 27 mlrd. ton təşkil edəcək.

 

APA-Economics”in xəbərinə görə, “Təmiz Şəhər” ASC-nin məlumatında bildirilir ki, bu səbəbdən tullantıların idarə olunması Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da diqqət mərkəzində duran əsas məsələlərdəndir və bu məqsədlə “Təmiz Şəhər” tərəfindən gənc nəslin bu sahədə biliklərinin artırılması və mütəxəssislərin yetişdirilməsinə böyük diqqət yetirilir. ASC tərəfindən ənənəvi olaraq hər il gənclər üçün yay məktəbləri təşkil olunur. Yay məktəbləri tullantıların idarəolunması sahəsində gənclərin maarifləndirilməsinə, gənclərin ekoloji mədəniyyətinin inkişaf etdirilməsinə və ictimaiyyəti ətraf mühitin birgə mühafizəsinə yönəltməyə  xidmət edir.

 

Qeyd edək ki, 2010-cu ildən etibarən Quba, Şəki, Lənkəran şəhərlərində keçirilən yay məktəblərinin davamı olan dördüncü “Təmiz şəhər naminə” yay məktəbi Heydər Əliyev Fondunun dəstəyi ilə bu il iyulun 11-15-də Mingəçevir şəhərində keçirilir. Bildirilir ki, 50 nəfər tələbənin qatıldığı “Təmiz şəhər naminə” tələbələr üçün yay məktəbi təlim-tədris və mədəni-idman hissələrindən ibarət olacaq. Təlim-tədris hissəsində ekologiya və tullantıların idarə olunması sahəsində yerli mütəxəssislər tərəfindən mühazirələr deyiləcək və ictimai debatlar şəklində davam etdiriləcək. Təlimdə tullantıların idarəolunması, ətraf mühitin mühafizəsi və “yaşıl düşüncə” kimi maarifləndirici sessiyalarla yanaşı natiqlik və debat formatı üzrə praktiki kurslar keçiriləcək. Gənclərin asudə vaxtlarını maraqlı keçirmələri üçün kursun mədəni-idman hissəsində müxtəlif intellektual və idman oyunları təşkil olunacaq.

 

Qeyd etmək lazımdır ki, hər il gənclər tərəfindən böyük maraq göstərilən yay məktəbləri ölkənin gözəl guşələrində təşkil olunur və bu günə kimi həyata keçirilən məktəblərdə ümumi olaraq 200-dən artıq gənc iştirak edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR