Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. «Azərsu» ASC ilə «Azericard» Prosessinq Mərkəzi arasında əməkdaşlıq daha da genişlənir.
Cəmiyyətin mətbuat xidməti şöbəsindən «APA-Economics»ə verilən məlumat görə, «Azərsu»nun onlayn-ödəmələr sisteminə qoşulması üzrə bütün işlər müvəffəqiyyətlə başa çatıb. Artıq istər əhali, istərsə də qeyri-əhali abunəçiləri «Azərsu» ASC-nin rəsmi internet səhifəsinin (www.azersu.az) «Online ödəniş» bölməsinə daxil olaraq pastik kartlardan istifadə etməklə su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış borclarını ödəyə bilərlər.
Qeyd edək ki, «Azərsu»nun rəsmi veb-saytının «Online ödəniş» bölməsindən KÖMİS və «GoldenPay» ödəniş sistemlərinin xidmətlərindən də istifadə etmək mümkündür.