Bank Of Baku

«Azərsu» yeni tunel tipli kanalizasiya kollektorunun inşasına başlayıb - FOTO

«Azərsu» yeni tunel tipli kanalizasiya kollektorunun inşasına başlayıb - <span style="color: red;">FOTO
# 28 avqust 2013 14:43 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. «Azərsu» ASC Bakı şəhəri və Abşeron yarımadasında yeni kanalizasiya infrastrukturunun yaradılması və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirir.

 

Cəmiyyətin mətbuat xidməti şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, ASC-nin Tədbirlər Planına uyğun olaraq, yağış və tullantı sularının idarə edilməsinin yaxşılaşdırılması və Xəzər dənizinə birbaşa axıdılmasının qarşısının alınması məqsədi ilə yeni layihələr həyata keçirilir.

 

Xırdalan şəhəri, Masazır qəsəbəsi və ətraf ərazilərdə toplanan çirkab suların nəqlinin Bakı şəhərinin mərkəzindən kənarlaşdırmaq məqsədi ilə «Xırdalan-Xocasən tunel tipli kanalizasiya kollektorunun tikintisi Layihəsi»nin icrasına başlanılıb. Qeyd edək ki, hazırda bu ərazilərdə toplanan tullantı suları Bakı şəhərindən keçməklə Hövsan Aerasiya Stansiyasına ötürülür. Çirkab suyun axıdılması iki mərhələdə nasoslar vasitəsi ilə və böyük həcmdə elektrik enerjisinin sərfi hesabına həyata keçirilir.

 

Yeni layihə çirkab suların Lökbatan istiqamətində özüaxımlı rejimdə nəqlini nəzərdə tutur. Ərazinin relyef xüsusiyyətləri nəzərə alınaraq Xocasən təpəlikləri altında tunel tipli kollektorun tikintisi layihələndirilib. Layihəyə əsasən, ümumi uzunluğu 14 750 metr olan tunelin 32-49 metr dərinliklərdə  qazılması nəzərdə tutulur. Tunelin 7 400 metrlik hissəsi 2 200 mm, 7 350 metrlik hissəsi isə 2 800 mm diametrində olacaq.

 

Artıq iki istiqamətdə - Xocasən gölünün yaxınlığında və Sulutəpə qəsəbəsində tikintiyə hazırlıq işləri başa çatdırılıb, şaxtalar qazılıb, avadanlıqlar quraşdırılıb və tunel yolunun qazılması işlərinə başlanılıb. Tunelin tikintisində dünyada tətbiq olunan qabaqcıl texnologiyadan - TBM qazma qurğusundan istifadə olunur.

 

Bununla paralel tunelin tikintisində istifadə olunacaq dəmir-beton boruların hazırlanması məqsədilə istehsal sahəsi yaradılıb. Abşeron rayonu ərazisində fəaliyyət göstərən zavodda sutkada 24 rinq (tunelin 1 seqmenti 6 rinqdən ibarətdir) istehsal olunur. Bu qurğu vasitəsi ilə qazma işləri aparılarkən yerüstü obyekt və qurğuların köçürülməsinə ehtiyac olmur. Yeni texnologiya ilə aparılan qazma işləri ərazidə yerləşən yaşayış evləri və obyektlərə, nəqliyyat və kommunal infrastruktura heç bir problem yaratmır.

 

Hazırda qazma işləri davam etdirilir və tunelin inşasının 2015-ci ildə başa çatdırılması nəzərdə tutulur. Xırdalan-Xocasən tunel tipli kanalizasiya kollektoru istismara verildikdən sonra Xırdalan şəhərində və ətraf yaşayış məntəqələrində, həmçinin Qaradağ, Binəqədi, Yasamal və Səbail rayonlarının bir hissəsində toplanan çirkab suları Lökbatan qəsəbəsi yaxınlığında inşa edilən çirkab sutəmizləyici qurğuya ötürüləcək. Burada tullantı suları təmizlənib zərərsizləşdirildikdən sonra Xəzər dənizinə axıdılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR