Bank Of Baku

«Bakcell» mobil internet trafiki və xidmətlərin idarə edilməsi layihəsini başa çatdırır

«Bakcell» mobil internet trafiki və xidmətlərin idarə edilməsi layihəsini başa çatdırır
# 27 may 2013 11:52 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın ilk mobil rabitə operatoru olan «Bakcell» şirkəti yaxın zamanlarda mobil internet trafikini və xidmətlərin idarə edilməsi layihəsini başa çatdıracaq. Bu barədə «APA-Economics»ə şirkətin media ilə əlaqələr üzrə baş mütəxəssisi Süheylə Cəfərova məlumat verib.

 

Onun sözlərinə görə, artıq «Bakcell» şirkəti «Huawei» şirkəti ilə birgə şəbəkə tutumunun genişləndirilməsi və transmissiya şəbəkəsinin modernləşdirilməsinə dair layihəni başa çatdırıb: «Yaxın zamanlarda isə biz «Nokia Siemens Networks» şirkəti ilə birgə həyata keçirdiyimiz «Bakcell»in mobil internet trafikini və xidmətlərin idarə edilməsi layihəsini başa çatdırmaq niyyətindəyik ki, nəticədə şirkətin şəbəkəsi ən inkişaf etmiş şəbəkəyə çevriləcək».

 

Qeyd edək ki, sözügedən layihə PCRF (Policy and Charging Rules Function) texnologiyası əsasında həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR