Bank Of Baku

«Bakcell» yeni rouminq kampaniyasına başlayıb

«Bakcell» yeni rouminq kampaniyasına başlayıb
# 21 iyun 2013 14:26 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın ilk mobil rabitə operatoru olan «Bakcell» şirkəti yeni rouminq kampaniyasına start verib.

 

«APA-Economics»in «Bakcell»ə istinadən verdiyi məlumata görə, məzuniyyət mövsümünün gəlişini nəzərə alaraq, «Bakcell» ölkə xaricində dincəlməyə üstünlük verən müştərilər üçün xüsusi təklif hazırlayıb: «Şirkətinin təqdim etdiyi yeni kampaniya rouminq zənglərini heç vaxt olmadığı kimi sərfəli edəcək».

 

İyunun 21-dən etibarən, Türkiyə, Gürcüstan və Rusiyaya səfər edən bütün «Cin» və «Yeni Klass» abonentləri daxil olan zənglərin dəqiqəsinə 0,35 manat ödəyib danışa biləcəklər. Bundan əlavə, kampaniya çərçivəsində çıxış zəngləri üçün xüsusi qiymət təklif olunur. Belə ki, rouminqdə olarkən hər bir çıxış zənginin dəqiqəsinin qiyməti 0,75 manat təşkil edəcək. 

 

Kampaniyaya qoşulmaq üçün *130#Yes nömrəsini yığmaq lazımdır. Kampaniyanın gündəlik xidmət haqqı 0,35 manat təşkil edir. Abunəçi Azərbaycana qayıdan zaman xidmət avtomatik olaraq dayandırılacaq.

 

Səfərdə olarkən ən sərfəli rouminq tariflərindən yararlanmaq üçün, abunəçilər Türkiyədə «Vodafone» və «Avea», Gürcüstanda «Magticom» və «Mobitel», Rusiyada isə «Beeline» şəbəkələrinə qoşulmalıdır.

 

Sözügedən kampaniya sentyabrın 30-dək davam edəcək. Abunəçi kampaniyada iştirakını dayandırmaq üçün *130#0#Yes yığmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR