Bank Of Baku

«Mən Azərbaycanlıyam» yarışmasının növbəti qalibləri mükafatlandırılıb

«Mən Azərbaycanlıyam» yarışmasının növbəti qalibləri mükafatlandırılıb
# 03 iyul 2013 10:19 (UTC +04:00)

Bakı – APA-Economics. Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş və «İKT ili» çərçivəsində Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən iyunun 1-dən internet məkanda təşkil olunan «Mən Azərbaycanlıyam» online bilik yarışmasının növbəti qalibləri mükafatlandırılıb.

 

«APA-Economics»in məlumatına görə, yarışmanın məqsədi milli-mədəni irsin təbliği, bu sahədə marağın və biliklərin artırılması, vətənpərvərlik hisslərinin yüksəldilməsidir. Yarışmada www.azerbaycanliyam.az veb-saytı və «Facebook» səhifəsi vasitəsilə iştirak etmək mümkündür.

 

Bu gün nazirlikdə yarışmanın 2 və 3-cü ongünlüklərinin və ilk ayın qaliblərinin mükafatlandırma mərasimi təşkil edilib. Tədbirdə nazir müavini Elmir Vəlizadə çıxış edərək qalib iştirakçıları təbrik edib, cəmiyyətdə yarışmaya gündən-günə artmaqda olan marağı və layihənin əhəmiyyətini bir daha vurğulayıb. Bir ay ərzində yarışmada qeydiyyatdan keçmiş iştirakçıların sayının artıq 10 mini keçdiyi və bu rəqəmin sürətlə artmaqda olduğu bildirilib. Respublikanın regionlarından da yarışmaya böyük maraq var. Belə ki, qaliblər sırasında Astara, Şamaxı, Xaçmaz, Ağdam, Qazax, Ağstafa, Hacıqabul və Kürdəmir rayon sakinləri olublar.

 

Tədbirin sonunda qaliblərə hədiyyələr təqdim edilib.

 

Yarışın şərtlərinə uyğun olaraq hər iki ongünlüklərin 10 qalibi netbuk, ilk yüzlüyə daxil olan digər iştirakçılar isə həvəsləndirici mükafatlara – «Azerfon» və «Bakcell» şirkətləri tərəfindən təqdim edilmiş 10 manatlıq mobil telefon danışıq kartlarına sahib olublar.

 

Ay ərzində yarışma iştirakçıları arasında ən yaxşı nəticə göstərmiş 3 nəfər ayın qalibi seçilib: 1-ci yeri tutana «Apple iPhone» mobil telefon və iPad mini, 2-ci yeri tutana «iPhone» mobil telefonu, 3-cü yeri tutana isə «iPad» mini təqdim edilib.

 

Yarışma dekabrın 1-dək davam edəcək və hər 10 gündən bir qaliblərin mükafatlandırma mərasimi, dekabrın ilk həftəsi isə superfinal keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR