«APA-Economics»in məlumatına görə, hədəf kütləsi gənclər olan «Bizim şəbəkə» verilişinin əsas məqsədi sosial şəbəkələrdə baş verənləri tamaşaçılara çatdırmaq, günün trendlərinə, ən çox müzakirə olunan mövzulara nəzər salmaq, sosial şəbəkələrdə aktiv olan insanlarla müsahibə təşkil etmək və ümumiyyətlə, internetdə olan yeniliklər haqqında tamaşaçıları məlumatlandırmaq və sosial şəbəkələrdən səmərəli istifadəyə dair məsləhətlər verməkdir.
Qeyd edək ki, «Bizim şəbəkə» verilişi həftədə 6 gün 30 dəqiqə yayımlanır. Sözügedən veriliş saat 15:10-da canlı, axşam saat 22:20-də isə təkrar olaraq efirə gedir.