Bakı - APA-Economics. Azərbaycanda WiMAX 4G texnologiyası əsasında fəaliyyət göstərən simsiz genişzolaqlı İnternet provayderi 28 May - Respublika günü münasibətilə mövcud və yeni müştəriləri üçün xüsusi hədiyyə və xidmət kampaniyası keçirəcək.
“APA-Economics”in məlumatına görə, yalnız mayın 28-də Sazz İnternetə yeni abunə olanlara “Sazz” USB Flash modemi hədiyyə ediləcək. Bunun üçün sadəcə abunəçi müqaviləsini imzalamaq və iki aylıq abunə haqqını (50 AZN) əvvəlcədən ödəmək kifayətdir.
Hədiyyə kampaniyası şirkətin Süleyman Rüstəm küçəsi, 9 ünvanında yerləşən baş ofisində, eləcə də digər Sazz 4G satış nöqtələrində keçərli olacaq. Bu bayram günündə şirkət mövcud müştərilərinin təmirə ehtiyacı olan modemlərini pulsuz təmir edəcək. Mayın 28-dən 31-nə qədər abunəçilər növündən və texniki vəziyyətindən asılı olmayaraq təmirə ehtiyacı olan bütün “Sazz” modemlərini şirkətin Süleyman Rüstəm küçəsi-9 ünvanında yerləşən baş ofisinə gətirib pulsuz təmir üçün texniki şöbəyə təhvil verə bilərlər.
Xatırladaq ki, “Sazz” 4G İnternet ənənəvi olaraq hər bir yeni abunəçiyə internet xidmətini 5 gün ərzində 200 meqabaytlıq trafiklə yoxlayıb test etmək imkanını verir.