Bank Of Baku

«Sazz Internet» yeni dərs ili münasibətilə xüsusi kampaniya keçirir

«Sazz Internet» yeni dərs ili münasibətilə xüsusi kampaniya keçirir
# 13 sentyabr 2013 11:49 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın «Sazz Internet» şirkəti (4G) yeni tədris ili münasibətilə gənclər üçün xüsusi hədiyyə kampaniyasına başlayıb.

 

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, kampaniyada iştirak edən 18-25 yaşlı bütün şəxslərə iki aylıq abunə haqqı qarşılığında «Sazz USB» modemi hədiyyə olunacaq. Bunun üçün abunəçi müqaviləsini imzalayaraq iki aylıq abunə haqqını ödəmək kifayətdir. Müqavilə şəxsiyyət vəsiqəsi əsasında rəsmiləşdiriləcək və heç bir əlavə sənəd tələb olunmayacaq.

 

Hədiyyə günləri sentyabrın 15-dən 30-dək «Sazz Internet»in Süleyman Rüstəm küç.,9 ünvanında yerləşən baş ofisində, eləcə də bütün «Sazz» satış məntəqələrində keçiriləcək. «Sazz Internet»in satış məntəqələri həftənin 7 günü, o cümlədən bayram günlərində müştərilərə xidmət göstərir.

 

Xatırladaq ki, «Sazz Internet» yeni abunəçilərə internet xidmətini 5 gün ərzində 200 MB trafiklə yoxlayıb test etmək imkanını verir.

 

Hazırda «Sazz Internet» Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Xırdalan şəhərlərində, habelə Abşeron yarımadasının əksər qəsəbələrində xidmət göstərir. Bu yaxınlarda «Sazz Internet»in əhatə dairəsinə 11 rayon mərkəzinin daxil olunması planlaşdırılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR